Vətən uğrunda gedən döyüşlərdə canından keçən əsgərlərimizdən biri də Xocavənd rayonun Xocavənd kənd sakini, qazi Səfərov Vüqar Məzahir oğludur.
ATİA.AZ xəbər verir ki, o, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq məşhur kəşviyyatçı və döyüşçü kimi yağı düşmənlərə qarşı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən qızğın müharibədə iştirak edib.
Oktyabrın 13-də kontuziya alır və bir neçə gündən sonra müalicəsini yarımçıq qoyaraq Şuşa ətrafı və Şuşa şəhərinin alınması uğrunda döyüşlərə qoşulur. Noyabrın 7-də Şuşa ətrafında ayağından yaralanır və onun ölüm xəbəri gəlir. Bu zaman onun Xocavənddə şəhid kimi qəbul edilib, dəfn mərasiminə hazırlıq işlərinə başlanılır. Noyabrın 9-da təkrar üçüncü dəfə Şuşada ayağı, əli və kürəyindən yaralanır və 10-da səhər saat 04:30 radələrində ana və atasına sağ olduğu haqqında məlumat verir.
Bölməyə aid digər xəbərlər