08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Bu ölkə 8 nüvə reaktoru tikəcək



Britaniya hökuməti enerji sektorunda xaricdən asılılığı azaltmaq və enerji qiymətlərinin artması ilə mübarizə məqsədilə 8 yeni nüvə reaktorunun tikiləcəyini açıqlayıb.

Hökumətin bu kontekstdə istifadə etmək üçün təxminən 120 milyon funt sterlinqlik yeni resurslar ayıracağı bildirilib.
Rəhbərliyin İngiltərənin cənubunda “Hinkley Point C” atom elektrik stansiyası qurmaqda qərarlı olduğu vurğulanıb.
Elektrik stansiyasının ilk reaktorunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Fransanın enerji şirkəti EDF tərəfindən həyata keçirilən layihənin başa çatması ilə 6 milyon ev təsərrüfatının 60 il müddətində 3,2 giqavat enerji ilə təmin edilməsi planlaşdırılır.
Britaniya hökuməti 2030-cu ilə qədər ölkənin enerji ehtiyacının 95 faizini aşağı karbonlu mənbələrdən ödəməyi planlaşdırır.


Tarix: 7-04-2022, 17:34 Oxunub: 130


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?