Qafqaz dağlarında iki turist yoxa çıxdı

İki turist Şimali Osetiyanın Qafqaz dağlarında, Diqor dərəsində yoxa çıxıb.

 Rusiya mediasına istinadla bildiririk ki, itkin düşənlərin buzlaqlar üzərində hərəkət etdiyi məlum olub. Turistlərin marşrutu respublikanın İrəf rayonunda yerləşən Üç Bacı şəlalələri (Taymazin şəlalələri) ərazisindən keçib.

İlkin məlumata görə, itkin düşənlər uçurumlardan birindən düşüblər. Xilasedicilər axtarışlara başlayıb.

Xilasedicilərin sözlərinə görə, onlar yoxa çıxana qədər dağ silsiləsində qar uçqunu baş verib.


Tarix: 19-02-2025, 12:01 Oxunub: 603


Bölməyə aid digər xəbərlər