Şəhid Fidat Məmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib... - QAZAXDA

      29 avqust 2023-cü il tarixdə Qazax rayonunun Daş Salahlı kəndində Birinci Qarabağ Müharibəsinin Şəhidi, "Hərbi Xidmətə görə " medalı ilə təltif olunmuş Məmmədov Fidat Əhməd oğlunun xatirəsinə həsr olunmuş 2011-2013- cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Qazax rayon birinciliyi keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin,  Qazax UGİM-nin və Qazax rayon Daş Salahlı kənd Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbin 2006-cı il məzunlarının birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 114 nəfər idmançı iştirak etdi. Yarışa Ceyhun Allahverdiyev hakimlik etdi.
    Yarışda Şəhid ailələri, Qazilər, Müharibə Veteranları, ziyalılar, rayon ictimaiyyəti, kənd sakinləri, Şəhidin ailə üzvləri iştirak edirdilər. Öncə yarış iştirakçıları tərəfindən Daş Salahlı kəndində Birinci Qarabağ Müharibəsinin Şəhidi Fidat Məmmədovun adını daşıyan mərkəzi küçədə barelyefi ziyarət olunub, barelyef önünə gül dəstələri və əklil qoyulub, əziz xatirəsi ehtiramla anıldı. 
     Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Qazax Rayon İcra Hakimiyyətində şöbə müdiri, 3- cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş, Vətən Müharibəsi iştirakçısı Samir Çobanov, Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax- Tovuz Regional Gənclər və idman İdarəsinin sektor müdiri, SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Sahib Namazov,  Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səbuhi Əliyev, "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi, tanınmış jurnalist, yazıçı Səbinə Yusif, Şəhid Fidat Məmmədovun döyüş yoldaşı Nüsrət Aşurov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon  filialının sədri Mirzahid Hacıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, AZEDU.AZ portalının baş redaktoru, tanınmış jurnalist Ayyət Əhməd, Dövlət Sosial Müdafiə Fondunun Departament müdiri İnqilab Mansurov, Daş Salahlı kənd Sənətkarlıq Evinin direktoru Natəvan Mustafayeva çıxış edərək Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək, Şəhidlik zirvəsinin müqəddəsliyindən, ucalığından, bu cür yarışların keçirilməsinin əhəmiyyətindən danışdılar. Qeyd olunub ki, əsas məqsəd Şəhidlərimizin şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini gücləndirməkdən ibarətdir. 
     Sonda Şəhid Fidat Məmmədovun bacısı Hicranə Məmmədova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Hicranə Məmmədova tədbirin təşkilatçılarına, iştirakçılarına, yarışda iştirak edən idmançılara təşəkkürünü bildirdi.
      Onu da qeyd edək ki,  Şəhid Fidat Məmmədovun barelyefi Daş Salahlı kəndinin mərkəzində Şəhidin adını daşıyan mərkəzi küçədə yerləşir. Şəhidin bacısı Hicranə Məmmədova həmin barelyefin hazırlanmasında öz maddi və mənəvi dəstəyini əsirgəməyən, barelyefi Bakı şəhərində hazırladaraq, Daş Salahlı kəndinin mərkəzində ucaldılmasında bütün işləri öz üzərinə götürən və bu işi layiqincə başa çatdıran "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova təşəkkürünü bildirdi. Barelyef 2009-cu il oktyabr ayının 11-də ucaldılıb. Barelyefin müəllifi mərhum heykəltəraş, həmyerlimiz İbrahim Aşurovdur.
     Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1, 2 və 3- cü yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olundular.


Səbinə Yusif

Tarix: 31-08-2023, 14:43 Oxunub: 319


Bölməyə aid digər xəbərlər