12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Asəf Salmanov: Ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviliyi yüksək səviyyədədir

      Ölkə idmanından söhbət düşəndə ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevin bu sahə ilə bağlı söylədiyi müdrik fikirlər yada düşür: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.”
    Tarixə qovuşan 2022-ci ölkəmiz ücün uğurlu və yaddaqalan illərdən biri oldu. Bütün sahələrdə olduğu kimi həyatımızın tərkib hissəsi olan idman sahəsində də bir çox uğurlara imza atıldı. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənabları bu uğurlar barədə ətraflı danışdı. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət verən Prezidentimiz cıxışı zamanı qeyd etdi ki,keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmiş, Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Azərbaycan idmanı üçün də uğurlu olan 2022-ci ildə idmançılarımız bir sıra mötəbər yarışlarda qələbələr qazanmışdır. Qeyd etmək lazımdır ki, son illərdə idman sahəsində aparılan məqsədyönlü siyasət öz gözəl nəticələrini vermişdir. Ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləmişdir. Ötən il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışdır ki, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabətin artdığı, yeni idman ölkələrinin meydana çıxdığı bir dövrdə bu böyük nailiyyətdir. Fəxrlə söyləmək lazımdır ki, dünya, Avropa çempionatlarında, V İslam Həmrəyliyi Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. 
     Ölkə üzrə müxtəlif idman yarışlarının keçirilməsi gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır.Ölkəmizdə aparılan uğurlu idman siyasəti imkan verəcək ki, gənclər, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb edilsinlər. Çünki idman həm fiziki gücdür, həm də mənəvi cəhətdən də sağlamlıqdır. Görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. 
    Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər yerində bütün imkanlar vardır. Bölgələrdə 50-yə yaxın 
Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
   Bölgələrdə idmanın kütləviliyinə nail olmaq üçün təbliğat işləri daha geniş vüsət almalıdır. Paytaxt Bakıda, açıq havada idmanla məşğul olmaq 
üçün yaradılan şərait bütün bölgələrə tətbiq edilməlidir. 
    Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılması və həmin bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Əminik ki, yaxın zamanlarda azad edilmiş şəhərlərin hər birində idman qurğuları yaradılacaq, yeni stadionlar qurulacaq, Olimpiya İdman Kompleksləri tikiləcəkdir. İdmançılarımız parlaq qələbələri ilə bizim müzəffər xalq olmağımız həqiqətini idman arenalarında bir daha təsdiqləyəcəklər.

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 12-01-2023, 14:34 Oxunub: 430


Bölməyə aid digər xəbərlər