Harda olduğu bilinməyən hər uşaq itkin sayılır.
Və hər bir uşaq onu qorumaq iqtidarında olan yetkinin nəzarətində olmalıdır.
Dünyada itmiş və ya oğurlanmış uşaqlar siyahısında ən çox küçədəki, nəzarətsiz, himayəsiz uşaqlar yer alır. Onlar ona görə asan hədəf sayılır ki, itməsi hiss olunmur və axtarılması üçün cəhdlər himayə edilən uşaqlara nisbətən, çox azdır.
Türkiyədə 2008-2016-cı il aralığında 104.531 uşaq itmişdir.
Bu rəqəmlər sadə şey deyil: hər biri arxasına acılar buraxan hadisələr deməkdir.
2016-cı ildən etibarən ölkə itən uşaqlarla bağlı statistikanı açıqlamağı dayandırıb. Buna görə də 2026-2024-cü illər aralığında neçə uşağın itməsi barədə rəsmi sənəd mövcud deyil.
Gazinantepdə 691 ailənin uşağının itməsi barədə polisə müraciəti var(2017-ci il.
) Şəhərdə 11 yaşından kiçik 258 oğlan və 67 qız uşağı itkin kimi qeyd olunub.
11-17 yaş arasında itmiş uşaq sayı 1486-dır.
Gazinantepdə ümumi 1811 uşaq itkin düşüb.
Türkiyə itmiş oğlan uşaqlarının 55 faizi Antalya, Diyarbəkir, Gazinantep, İstanbul, İzmir, Kayseri, Adana, Ankara, Bursa və Şanlıurfanın payına düşür.
2008-2016 arasında ən çox qız uşağı itkisi Antalyada qeydə alınıb, həmçinin 4559 qız uşağı tapılaraq ailəsinə təhvil verilib.
Bəs bu sirli itkilərin arxasında nə dayanır?
Statistika göstərir ki, dünya miqyasında itmiş uşaqlar ən çox
☑️orqan ticarəti;
☑️Cinsi istismar;
☑️Müharibədə faydalanmaq;
☑️İnsan alveri;
☑️Təriqətlər;
☑️Tibbi sınaqlar
☑️Və dövlətin gizli məqsədləri üçün istifadə edilir.
İndi isə gələk müdafiə mexanizmlərinə.
1996-cı ildə Amerika (Texasda) 9 yaşlı Ember velosiped sürərkən bir adam tərəfindən qaçılıldı və 5 gün sonra nəşi Arlingron ərazisində bir dərədə tapıldı. Emberin ölümündən sonra yerli müxbir olan bir Kim Robs yerli polis bölmələrinin və mətbuatın birlikdə çalışaraq itmiş uşaqlar haqqında sürətli məlumat yayan bilən bir sistem ideyasını təklif etdi. Bu sistem sürətli şəkildə xəbərdar etmək və oğurlanan uşaqların tapılmasını asanlaşdırmaq məqsədilə yaradılıb.
Emberin acı çəkən anası Dona Vatson, Emberin xatirəsinə belə bir sistemin yaradılması üçün kompaniya başlatdı. Onların bu cəhdləri yerli polis orqanları və media tərəfindən dəstəkləndi. Qısa bir müddətdə Emberin adını daşıyan sürətli xəbərdarlıq sistemi - Ember Siqnalı yaradıldı və Emberin adının baş hərfləri olan American Missing Broadcast Emergency Response olaraq fəaliyyət göstərir. Bəs bu sistem hansı şərtlərlə işləyir və da itkin mövzularına daxil olur?
Onun iş prinsipləri:
✅Bir uşaq itəndə və ya qaçırılanda öncə polisə bildirilir.
✅ Ailənin və şahidlərin verdiyi ifadələr hadisənin ciddiyyətini bildirmək üçündür.
✅ Polis hadisəni dəyərləndirir və Ember Siqnalının mövzuya daxil olub-olmayacağına qərar verir.
✅Sistemin aktivləşdirilməsi üçün mütləq şəkildə uşağın qaçırılmasına dair təsdiq bir məlumat(şübhəli bir maşın və ya adam görülməsi) olmalıdır.
✅Sistem 17 yaş və 17 yaşdan kiçik uşaqlar üçündür.
✅ Uşağın ciddi bir zərər görmə ehtimalı olmasına dair inandırıcı sübut olmalıdır.
✅Uşağın qaçırılmasına dair ictimaiyyətə açıq və yetərli məlumat olmalıdır.
Polis bu siqnalı aktiv edəndən sonra məlumat müxtəlif kommunikasiya vasitələri ilə ictimaiyyətə çatdırılır. Mesajlar telefonlara göndərilir. TV verilişləri arasında anons edilir. Küçələrdə və yollarda itən uşaqla bağlı elektron tabloda məlumatlar göstərilir. Mobil telefonlara xəbərdarlıq mesajları göndərilir. Bu mesajlar itmiş uşağın olduğu bölgəyə yaxın ərazidə olanlara sürətlə çatdırılır. Polis və media internet saytları və sosial şəbəkələrdə məlumatlar paylaşır.
Bu siqnalın əsas məqsədi insanları məlumatlandıraraq yardımını almaqdır. İnsanlar gördüyü hər şübhəli detalı bildirir və xəbərlər dəyərləndirilir. Ember Siqnalının köməyi ilə mətbuat, elektron lövhələr, sms-lər, televiziya anonsları vasitəsilə insanlara sürətlə məlumat ötürülür. Bu, qısa müddətdə milyonlarla insanın diqqətini çəkərək toplumu xəbərdar edir. Məlumatlı əhali gördüyü hər detala qarşı həssas davranır və şübhəli durumlara diqqətli olur. Bir sözlə, hər kəsin gözü, qulağı açıq olur.
Cinayətkarlar böyük bir diqqət və təqib altında olduğunu hiss etməyə başlayır. Hər yerdə onları izləyən gözün olduğunu bilərək ağır basqı altında qalırlar. Ciddi basqı və mütəmadi izlənmə hissi cinayətkarın hərəkət qabiliyyətini məhdudlaşdırır. Təsir onları sıxdığı üçün qaçış planlarına daha çox səhvlər edirlər. Bu da onların ələ keçirilmə riskini artırır. Bu üsul toplumun bir araya gətirilib ortaq hədəfə yönəlməsi, suçlunu birgə axtarmaq nəticəsində cinayəti minimum həddə çatdırmaq məqsədi daşıyır. Həmçinin cinayətlərə fasilə vermək durumu yaratdığı üçün itkin uşağın tapılması ehtimalını artırır.
Uşaq tapılanda və ya Siqnala ehtiyac qalmadığı təqdirdə siqnal dayandırılır. Əhali uşağın tapılması və siqnalın dayandırılması barədə məlumatlandırılır. EMBER SİQNALI itmiş uşaqların tapılması və təhlükəsiz şəkildə təhvil verilməsi baxımından etibarlı üsul hesab edilir. Bu sistem bir çox uşağın həyatını xilas etməyə yardımçı olmuşdur. Bu Siqnal təkcə ABŞ-da yox,bir çox ölkələrdə bənzər sistemlərin yaradılmasına təkan vermişdir. EMBER SİQNALI bir çox uşağın həyatını qurtaran ümid işığıdır...
Türkiyədə belə bir sistem yoxdur. Sadəcə uşaq şöbə müdirlikləri ilə kifayətlənilir....
Ölkəmizdə də bu sistemə ehtiyac var.
Hər bir uşağın itkisi ailələrdə böyük acı buraxır. Onların itməməsi, itdiyi halda isə tapılmasına mümkün qədər yardımçı olmalıyıq. İtmiş hər uşaq üçün bir ümid işığı yandıraq... Hər uşağın təhlükəsiz şəraitdə böyüməyə olmağa haqqı var.
Bu gün qardaş Türkiyə yeni bir olay-Narin hadisəsi ilə üz-üzədir... Deməli, uşaqlar hələ də təhlükə altındadır... Kaş ki, orda da EMBER SİQNALI aktiv olaydı,kiçik Narinin tapılmasında hər kəsin səfərbər olması üçün...
Dualarımız səninlədir, NARİN!
AYGÜN SADİQ
Bölməyə aid digər xəbərlər