Şəhidimizin doğum günü qeyd edildi... - Qazaxda

    25 avqust 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və partiya fəalları tərəfindən İkinci Qarabağ müharibəsi şəhidi kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun doğum günündə xatirəsi ehtiramla yad edildi.
    Mərasim iştirakçıları Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edərək qəbri üstünə qərənfillər düzdülər və ruhuna dualar oxudular.
    Ziyarət zamanı çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etmişdir. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Əhməd Məmmədovdur. O, şərəfli bir döyüş yolu keçmişdir. 2020-ci il noyabr ayının 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmişdir. Əhməd Məmmədov göstərdiyi igidliyə və şücaətə görə "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Qədirbilən xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir. 


Tarix: 25-08-2022, 16:40 Oxunub: 641


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930