“Bütün kütləvi imtahanlar elektronlaşdırılacaq”

“DİM-in yeni İmtahan Korpusunda hər gün iki növbə olmaqla 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər”. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, indiyə qədər DİM tərəfindən keçirilmiş 45 növ imtahanın 21-i elektron formada idi. Bu imtahanlarda keçən il 7 min şəxs iştirak edib. Bundan sonra bu nisbət dəyişəcək. Gündə burada hər sessiyada ən azı 850 nəfər imtahan verə bilər: “Dövlət qulluğu ilə bağlı kağız daşıyıcı ilə keçirilən imtahanların hamısı elektronlaşdırılacaq. Həmçinin işə qəbul imtahanları elektron formada keçiriləcək. Bu il ərzində ilkin mərhələdə kontingenti 2 mindən az olan bütün imtahanlar bu binada baş tutacaq. Növbəti addım olaraq gələn il imtahan cədvəli barədə düşünülür.

Hesab edirəm ki, bir il ərzində kontingentin sayı 10 mindən az olan bütün imtahanlar bu mərkəzdə elektron şəkildə olacaq. Tədris mərkəzləri, ali məktəblərlə də əlaqə yaradacağıq və çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Bu proses bu həftədən başlayır. “Yüksəliş” müsabiqəsinin onlayn sessiyası mayın 13-dən 5 gün ərzində burada keçiriləcək”.


Tarix: 8-05-2024, 13:45 Oxunub: 100


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı