08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində basdırılmış mina sahələrinə baxış keçirmək üçün yola düşüblər...

Müdafiə nazirliyinin rəsmi məlumatı:
  "Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirmək üçün noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər.
    Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək".


Tarix: 24-11-2022, 11:39 Oxunub: 210


Bölməyə aid digər xəbərlər