Onların da sertifikatı ləğv olundu

     Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.
     Məlumata görə, siyahıda bir sıra tanınmış şəxslər var.
       Belə ki, lisenziyası ləğv edilənlər arasında "Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə "Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.

      Qeyd edək ki, bu gün estetik cərrah Sevinc Heydərovanın da lisenziyasının ləğv olunmasına dair məlumat yayılıb.

Tarix: 5-02-2025, 13:28 Oxunub: 795


Bölməyə aid digər xəbərlər