Bakıda iki qardaşı avtomobil vurub...

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Belə ki, 2002-ci il təvəllüdlü Qədirov Kamran Ruslan oğlu və onun qardaşı - 2003-cü il təvəllüdlü Qədirov Nurlan Ruslan oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub.
Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.


Tarix: 9-11-2022, 05:06 Oxunub: 185


Bölməyə aid digər xəbərlər