Bir ailənin üç üzvü avtomobil qəzasında xəsarət alıb.. - Qazaxda

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Xəsarət alanlar 2004-cü il təvəllüdlü S.Abbasova, 1966-cı il təvəllüdlü M.Abbasova və 1971-ci il təvəllüdlü R.Abbasovdur. Onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırmalara başlanılıb.


Tarix: 26-03-2022, 23:30 Oxunub: 569


Bölməyə aid digər xəbərlər