İrandan Azərbaycana səkkiz kiloqram narkotik keçirilməsinin qarşısı alınıb

       İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

        Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

        Bildirilib ki, fevral ayının 14-də saat 23:05-də DSX Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

      Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan vətəndaşı - 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı - 1986-cı il təvəllüdlü Sadıq Tapdıq oğlu Alıkişiyev saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Tarix: 18-02-2025, 11:35 Oxunub: 376


Bölməyə aid digər xəbərlər