Müdafiə Nazirliyi məşhur şirkəti məhkəməyə verdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Azenco” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib. İşə Bakı Apellyasiya Məhkəməsində Fuad Babayevin sədrlik etdiyi hakimlər heyəti tərəfindən baxılacaq.
 
Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.


Tarix: 6-09-2024, 12:14 Oxunub: 232


Bölməyə aid digər xəbərlər