Azərbaycanda gənc oğlanın üzərinə benzin tökərək yandırdığı qadının son durumu açıqlandı

Yanıq xəsarəti səbəbilə  hospitalizasiya olunan Tovuz rayon sakininin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd olunub ki, 18.04.2024-cü il tarixində saat 17:00-da  Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxs yanıq xəsarəti səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona üzün, hər iki yuxarı ətrafın, gövdənin arxa səthi, hər iki aşağı ətrafın 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin edilib.


Tarix: 20-04-2024, 10:28 Oxunub: 76


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı