Şənbə, 5 aprel 2025, 09:20:32  
13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
Bu futbolçu “Qəbələ”dən ayrıldı

Premyer Liqa ilə vidalaşan “Qəbələ”də ilk ayrılıq reallaşıb. Yarımmüdafiəçi Əyyub Allaş “qırmızı-qaralar”la vidalaşıb.

Belçikalı oyunçu bu barədə sosial şəbəkədə paylaşım edib. 26 yaşlı futbolçu kluba təşəkkür edib: “Mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkürümü bildirirəm. Məşqlərdə və oyunlarda daim əlimdən gələnin ən yaxşısını etdim. Sonda hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, Əyyub Allaş ötən ilin yanvarından bəri “Qəbələ”nin formasını geyinib.


Tarix: 27-05-2024, 13:21 Oxunub: 225


Bölməyə aid digər xəbərlər
20-07-2020, 16:35 Messidən daha bir rekord