Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun ötən il dekabrın 12-də müvafiq sərəncamı ilə Mingəçevir Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilən, polis mayoru Yusif Mayıl oğlu Paşayevdən narazılıqlar səngimək bilmir. Belə ki, Yusif Paşayev Qazax rayonunda baş inspektor vəzifəsində işləyəndə də demək olar ki, bütün sürücülərə qənim kəsilmişdi. Necə deyərlər, "haqq" qoymadığı insan nadir hallarda tapılardı. Paşayev ən çox sürücüləri şərləmə üsulu ilə cəzalandırır. Olduqca özündən razı, vəzifəlilərə yaxşı münasibət göstərən, fəqirlərə isə yuxarıdan aşağı baxmaq kimi yol seçən Yusif Paşayev hazırda Mingəçevirdə öz ambisiyalarını həyata keçirməkdədir. Hələ, Qazaxda fəaliyyət göstərərkən, onun bu əməllərə sahib çıxmasının əsas məqsədi, guya polis rəisinin tapşırığı olmasını, eyni zamanda gələn-gedən qonaqların yola salınmasında öhdəsinə düşən yük kimi dilə gətirirdi.
Mingəçevirdə yaşayan sürücülər onu da bildirirlər ki, - “Yusif Paşayev şəhərə gələndən günümüz qara olub. Mingəçevirin girəcəyindən tutmuş sonuna qədər əsassız yoxlamalar bizi təngə gətirib. Öz mənafeyi naminə polis mayoru gecələr daha operatib işləyir. Yol polisi bölməsinə işi düşənlərin bütün günləri qara gəlir. Paşayevin isə nə vaxt gəlib, nə vaxt getməsi müşgülə dönür. Yol Polisi bölməsidə “Gestapo” rejimi yaradılıb. Belə getsə Migəçevir sakinləri tezliklə aidiyyəti orqanlara rəsmi şikayət edəcəklər. Kimin haqlı, kimin haqsız olması tezliklə aydın olacaq”.
Bundan əlavə, mingəçevirlilər onu da bildirdilər ki, Yusif Paşayev gələn gündən vaxtilə Dövlət Yol Polisi Alayında işləmiş, hazırda təqaüddə olan adını çəkmək istəmədiyimiz bir nəfəri də özünə "çay süzən” gətirib. Yusif Paşayev həmin şəxsə cibindən əməkhaqqı da verir. Elə buradaca xoruzun quyruğu görünür...
Araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İlkin Verdiyev
Bölməyə aid digər xəbərlər