Çox hörmətli və dəyərli insan, Ali Baş Komndanımız cənab İlham Əliyev!
Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Möhtərəm Prezident! Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək.
Sizin iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaratmağınız, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verməyiniz, bütün iş adamları tərəfindən böyük rəğbətlə qarşılandı.
Ümidvarıq ki, Sizin yorulmaz səyləriniz, xalqın etimadı və respublika vətəndaşlarının həyatını daha firavan etmək üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaq.
Ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində daha böyük tərəqqi əldə edilməsinə, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş səyləriniz, Sizə haqlı olaraq nüfuz və hörmət qazandırmışdır.
Siz nəinki Azərbaycanın, Dünya ensklopediyasının ən zəngin tarixi ilə seçilən bənzərsiz şəxsiyyətisiniz.
Doğum gününüz münasibətilə Sizə böyük məmnuniyyətlə təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə xoşbəxtlik, rifah, gələcək fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm.
ƏSGƏROV ASƏF ÜMİD oğlu,
Dağlıq Qarabağ İcmasının üzvü,
"Yeni Azərbaycan Partiyası"nın fəalı
Bölməyə aid digər xəbərlər