"İcra başçısı hər dəfə aradan çıxır..." - Kirayə pulunu ödəyə bilməyən şəhid anası İNTİHARA CƏHD ETDİ... -YENİLƏNİB



44 günlük Ikinci Qarabağ müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihara cəhd edib.
Bu barədə  V.Məmmədovanın yaxınları bildiriblər.
Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada yatır, durumu çox ağırdır.
Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.
“Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib.Qızım bezdi, adamı nə qədər aldadarlar? Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?” deyə şəhidin nənəsi bildirib.
 Gəncə Şəhər İcra Hakimiyyətindən cavab olaraq məlumat verilib:
“Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb”
 
Bildirilib ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb:
“V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib.




Tarix: 26-10-2021, 17:46 Oxunub: 330


Bölməyə aid digər xəbərlər