13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
UNIBANKIN SİSTEMİ ÇÖKÜB?- İDDİA


Unibank əməliyyat sisteminin yenilənməsi ilə bağlı 24.01.2021-ci il tarixdə saat 00.00-dan 10.00-dək ATM, ödəniş  terminalları və mobil yükləmələrin işləməyəcəyi haqda məlumat yaymışdı. Lakin geniş oxucu kütləsindən redaksiyamıza daxil olan şikayətlərdə Unibank sisteminin hələ də işləmədiyi bildirilir. Bu da Unibank müştərilərinin haqlı narazılığına səbəb olur, belə ki, müstərilər bu müddət ərzində heç bir əməliyyat edə bilməyiblər. Nəzərə alsaq ki, Unibank kartı ilə əmək haqqı alanlar, hesabına pul köçürülənlər və kiminsə hesabına pul köçürmək istəyənlər çıxılmaz vəziyyətdə qalıblar, şikayətçiləri başa düşmək, onların şikayətlərinə haqq qazandırmaq olar.
 Görəsən Unibank rəsmiləri bu haqda nə fikirləşirlər?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 26-01-2021, 22:36 Oxunub: 439


Bölməyə aid digər xəbərlər