Vətən müharibəsinin 19 yaşlı şəhidi Yasən Mehdiyev. Öz doğum günündə ən ali zirvəni, şəhidlik zirvəsini qazanan qəhrəmanımız.
Əslən Tərtər şəhərindən olan Y.Mehdiyev yaşasaydı, bu günlərdə hərbi xidmətdən tərxis olunaraq, ailəsinin yanına qayıdacaqdı.
Ailəsi deyir ki, hələ müharibə başlamamışdan şəhidlik zirvəsindən danışırdı.
Şəhidin atası Alim Mehdiyev deyir ki, sanki şəhid olacağını hiss edib, halallıq almışdı:
“Deyirdi, bilmək olmaz, qayıtmaram. Atamı doqquz aydır görmürəm, gəlin, sizi görüm. Amma sonra məni yoldan qaytardı ki, gəlməyin, qayıdın. Anasına demədi, mənə dedi ki, biz döyüşə gedirik, gəlib məni tapmayacaqsınız. Bu söhbətdən beş gün sonra şəhid olduğunun xəbərini aldıq. Onun son istəyini yerinə yetirə bilmədiyim üçün çox üzgünəm”.
19 yaşlı qəhrəman şəhidimiz Yasən Mehdiyev Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, elə həmin istiqamətdə də şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Y.Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bölməyə aid digər xəbərlər