Sərtləşdirilmiş karantin rejmi tətbiq olunsa da, ötən gün axşam saatlarında paytaxtın mərkəzi sayılan Nizami küçəsində insan sıxlığı yaranıb.
Xüsusilə sıxlıq virusun tüğyan etdiyi bu ərəfələrdə gözləniləndən artıq olub. Kimisi iş icazəsi ilə, kimisi isə sms icazədən istifadə edib şəhərə çıxıblar.
Ötən gün axşam saatlarında şəhərin mərkəzində əməlli-başlı insan sıxlığı yaşanıb. Valideynlər övladları ilə, gənclər isə dostları və yaxınları ilə gəzintiyə çıxıblar.
Sıxlıq o qədər çox olub ki, hətta bəzi hallarda ara məsafəsi də pozulub.
Bayram istirahətindən istifadə edib gəzintiyə çıxanlar ya sms icazə alanlar idi, ya da iş icazəsi olanlar. Qeyri iş günü olmasına baxmayaraq, iş icazəsindən istifadə edib gəzənlər isə polislər tərəfindən müəyyən edildi və protokol yazıldı.
Sərtləşdirilmiş karantin rejmi olduğundan iaşə müəssisələri ancaq onlayn xidmət göstərirdilər. Bu isə bəzi hallarda belə obyektlərin qarşısında da sıxlığa səbəb olurdu.
Nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının alınmasıdır. Çünki virusun yayılma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır.
Bölməyə aid digər xəbərlər