13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Bakı şəhərində qeydiyyatda olmayan sərnişini paytaxta gətirən sürücü həbs edildi

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan sürücülərə çox təəssüf ki hələ də rast gəlinməkdədir.
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar.
Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.
Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün bir ay müddətində inzibati qaydada həbs ediliblər.


Tarix: 30-12-2020, 19:26 Oxunub: 124


Bölməyə aid digər xəbərlər