“İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçada öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Verməyəcəkmiş bu torpaqları...Kimdir səndən soruşan? Gəldik, götürdük! Vəssalam! Və götürəcəyik nə qədər lazımdırsa, istəsək artıqlaması ilə, necə ki iyul ayında götürə bilərdik”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı söyləyib.
“Mən bunu demişdim, iyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik. Orda da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı tuta bilməzdi və bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım, çünki siyasi iradə var və biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur”, - ölkə başçısı vurğulayıb.
Bölməyə aid digər xəbərlər