Bu nazirlik yarım milyonluq avtomobillər alır

      Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yeni avtomobillər alır.
       İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 9 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.
      Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.  Sosial Xidmətlər Agentliyinə avtomobillərin satışını “Toyota Absheron Merkezi” şirkəti həyata keçirəcək. Qurum isə bunun müqabilində şirkətə 589.050 AZN ödəniş edəcək.


Tarix: 24-01-2024, 10:28 Oxunub: 118


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı