Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə VƏFAT EDİB


     Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Zöhrə xanımın vəfatı ilə əlaqədar olaraq ailə üzvlərinə, əzizlərinə dərin hüznlə başsağlığı verir. Uca Allahdan onlara səbr, dözüm arzulayırlar. Allah rəhmət eləsin.
     Ailə üzvlərinin məsləhəti ilə Zöhrə xanımın nəşi 6 dekabr gecə saatlarında Ağstafa rayonuna aparılacaq. Sabah valideynləri - Hüseyn Arifin, Məleykə xanımın, qardaşı Arifin, bacısı Səhər xanımın uyuduqları Yenigün kənd qəbristanlığında dəfn olunacaqdır. İctimai Birliyin Qazax və Ağstafa rayonlarında yaşayan üzvləri dəfn mərasimində iştirak edəcəklər.
    
    P.S. Hüseynzadə Zöhrə Hüseyn qızı 1951-ci 30 sentyabrda Qazax rayonunun (indiki Ağstafa rayonu) Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatının müavini seçilib. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.

SƏBİNƏ YUSİF

Tarix: 5-12-2023, 14:05 Oxunub: 217


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı