13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
"Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır" - Kənan Hüseynli

     Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, uzaqgörən və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirmişdir.
    Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezidentimizin  rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir.
     Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı  prosesinin gerçəkləşdirilməsi dövlət başçısımız cənab İlham Əliyevin siyasətində xüsusi diqqət çəkən prioritetlərdəndir. Məhz, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki,       Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
    Eyni zamanda, Azərbaycanın MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bütün digər təşkilatlarla da əlaqələri inkişaf edir, həmçinin bu münasibətlər əməkdaşlıq və qarşılıqlı maraqların qorunmasına xidmət etməklə, ölkəmizin üzləşdiyi problemlərin həllinə də yardımçı olur. Xarici siyasətdə müəyyənləşdirilmiş bu prioritetlər isə, təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir.
     Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı ailəsinin sıralarına 2011-ci ildə qoşulub. Hərəkatın bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinə tam uyğundur. Buna görə də Azərbaycan - Qoşulmama Hərakatı münasibətləri kifayət qədər uğurlu alınıb. Qoşulmama Hərəkatının üzvü olan ölkələr ərazi bütövlüyü məsələsində daim Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, həmçinin Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək göstərib.
2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, üç ölkənin Vitse prezidenti, iki ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın sədri qismində  çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxunaraq bildirmişdir:prezidenti, iki ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın sədri qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxunaraq bildirmişdir:  ” Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.”
Cənab Prezident İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, eləcə də yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni və mühüm təkliflərlə çıxış etməsi yüksək diqqətə səbəb olub. Azərbaycan Prezidentinin Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb. Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edən Azərbaycan Prezidenti bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə də Azərbaycanın ilk donor ölkə kimi hər iki qlobal çağrışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də Azərbaycanın və Prezident İlham Əliyevin qlobal proseslərdə liderlik keyfiyyətlərini geniş şəkildə nümayiş etdirdi.
Cənab Prezident tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhəri və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvləri və siyasətçilər işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri bir daha Azərbaycanın liderlik mövqeyinin möhkəmlənməsindən və beynəlxalq nüfuzunun daha da artmasından xəbər verir. Onu da etiraf etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin şəxsi dəstəyi və idarəçiliyi  ilə  Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə yeni inkişaf dövrünü yaşayır.

Kənan Hüseynli
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 7-03-2023, 16:35 Oxunub: 541


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı