Qazaxda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib - FOTO

DİN-in Daxil Qoşunlarının hərbi qulluqçusu Sərxan Abdullayevin və Quru Qoşunlarının giziri Elvin Orucovun Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmalarından bir il keçir. Daxili İşlər Nazirliyin və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları, Rayon İcra hakimiyyətinin rəhbərliyi və Daxili Qoşunların hərbi qulluqçuları hər iki şəhidin məzarını ziyarət edib, ailələri ilə görüşüblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəlcə şəhidlərin məzarı ziyarət olunub, üzərlərinə əklil və tər çiçəklər qoyulub. Daha sonra şəhidlərin ailəsi ziyarət olunub, onların qayğıları ilə maraqlanıblar. Bildirilib ki, istər Birinci Qarabağ savaşında, istərsə də Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçmiş hər bir şəhid Azərbaycan xalqı üçün əzizdir və onların hünəri tarixdə, əziz xatirələri isə qəlblərdə, xatirələrdə yaşayacaq.

Hər iki şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


dia.az 


Tarix: 29-09-2021, 07:27 Oxunub: 196


Bölməyə aid digər xəbərlər