12:32 / 27-04-2024
FHN Masallıda tədbir keçirdi
12:30 / 27-04-2024
Bazar günü 32° isti olacaq
Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

   Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib. Hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib. V.Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
    Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun su əvəzinə sirkə turşusu içdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


Tarix: 29-03-2024, 09:33 Oxunub: 87


Bölməyə aid digər xəbərlər