11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycan siyasətinə hörmət və dəstəyin təzahürü" - Polad Ağakişiyev

     2006-cı ilin iyununda Sankt Peterburq İqtisadi Forumunda 4 dövlətin - Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilmiş BRİC-ə 2011-ci ilin fevralında Cənubi Afrika respubliukası da qoşulduqdan sonra təşkilata üzv ölkələrin baş hərflərindən ibarət BRİCS  yarandı. Hazırda BRİKS öz sıralarında 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası təşkilatdır. Qabaqlar investisiya imkanlarını müəyyən edən təşkilat 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasi baxışları əlaqələndirən vahid geosiyasi blok kimi tanınır. Çünki birliyin yaradılmasının əsas məqsədləri qlobal böhranın nəticələri ilə mübarizə və iştirakçı ölkələrin daxili iqtisadiyyatlarına xarici bazardan təzyiqləri azaltmaq olsa da, dünyada sürətlə dəyişən geosiyasi reallıqlar BRİKS-in fəaliyyət diapozunun genişlənməsini şərtləndirir.
    Bununla belə, sərt strukturu, mənzil-qərargahı və nizamnaməsi olmayan BRİCS mahiyyət etibarı ilə əməkdaşlıq üçün qeyri-formal platformadır. Hazırda təşkilatın müəyyənləşdirdiyi hədəflər iştirakçı ölkələr arasında ticarət və investisiyaların artması, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması,yüksək texnologiyaların inkişafı,mikro, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirməklə BRİKS-ə üzv ölkələrin özəl biznes sektorunun dəstəklənməsi və sairdir.İndi inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı, qlobal problemlərin ümumi həlli yollarını tapmağı və heç bir gücün hökmranlıq etməyəcəyi çoxqütblü dünya nizamı formalaşdırmağı hədəfləyən BRİCS bir çox ölkələr üçün cəlbedici platformaya çevrilib.
      Bu gün bütün sahələr  üzrə Cənubi Qafqazın lider ölkəsi, habelə təhlükəsizliyin qarantı olan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu kifayət qədər güclənmişdir. Bu nüfuz  ilk növbədə Azərbaycanın indiyədək öz üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalması, həmişə sözü ilə imzasının bir olması və beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi tanınması ilə qazanılıb. Həm də ona görə ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan üçüncü tərəfə qarşı yönəlmiş iqtisadi və ya hərbi-siyasi bloklara daxil olmağa can atmır.
     MöhtərəmPrezidentimiz cənab   İlham Əliyevin 24 oktyabr tarixində təşkilatın XVI sammitinin keçirildiyi Kazana səfəri, o cümlədən, “Outreach”/”BRİCS+” formatının plenar iclasında iştirakı və çıxışı   çox yaddaqalan oldu. Dövlətimizin Başçısı çıxışı zamanı bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
    Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un  keçirilməsi  məkanı  olacağını  vurğulayan  Ölkə   Rəhbərimiz qeyd  etdi  ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.          Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 29-10-2024, 09:24 Oxunub: 133


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı