11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Polad Ağakişiyev: "Azərbaycan ölkələr arasında körpü yaratmaq səylərini əsirgəmir"

Son illərdə ölkəmizin  beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənir və  bunun həticəsində də  dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişlənir. Bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü  inkişafı, siyasi, iqtisadi, hərbi, mədəni və sair sahələrdə qazandığı uğurlar artıq ölkəmizi bölgədə və dünyada söz sahibinə çevirmişdir. Beynəlxalq aləmdə  etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq respublikamızın  ikitərəfli və çoxtərəfli münasibətləri  daha da inkişaf edir və  ölkəmiz beynəlxalq təşkilatlarda çox uğurla təmsil olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəki çıxışı ölkəmizin dünya dövlətləri ilə mövcud olan etibarlı əməkdaşlıq əlaqələrini bir daha təsdiqi etdi.


Əməkdaşlıq əlaqələrinin göstəricisinə nəzər salarkən şahidi oluruq ki, son iki ildə  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmişdir. Həmin müddət ərzində Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər etmişdir. Qeyd olunan faktlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olmasından xəbər verir.

Ölkə başçısı çıxışında  bildirdi ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın birbaşa göstəricisi kimi qiymətləndirilməlidir.

Birgə əməkdaşlığın vacib sahəsinə gəlincə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.

Perspektiv əməkdaşlıq əlaqələrindən söz açan Dövlət Başçısı qeyd etdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Ötürücülük qabiliyyətindən danışan ölkə rəhbəri onu da vurğuladı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Yeni iqtisadi imkanlardan da söz açan Dövlət Başçısı bildirdi ki,  Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Ölkə başçısı diqqətə çatdırdı ki, Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Dövlətimizin başçısı onu da bildirdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.


Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.


Möhtərəm Prezidentimizin onu da xüsusi vurğuladı ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın qarşıya qoyduğu əsas məqsədləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən  mövcud təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Bir sözlə, Azərbayca ölkələr arasında körpü yaratmaq  səylərini əsirgəmir.

Polad Ağakişiyev 
YAP Qazax rayon təşkilatının məsləhətçisi 


Tarix: 9-07-2024, 16:55 Oxunub: 200


Bölməyə aid digər xəbərlər