İctimai təşkilatlar terror hücumunu sərt şəkildə qınadı

                                     İctimai təşkilatların Azərbaycanın İrandakı Səfirliyinə edilən terror
                                                             hücumu ilə bağlı birgə
                                                                  Bəyanatı
    Bakı şəhəri                                                                                                   27 yanvar 2023-cü il
    Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpusları ölkəmizin ərazisi sayılır. Səfirliyə, səfirlik əməkdaşlarına hücum Azərbaycana, onun suvereneliyinə qəsddir.
    Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən xain hücum da terror aktıdır, ölkəmizin inkişafını, müstəqil siyasətini, qüdrətini gözü götürməyənlərin məkrli planıdır. İrandakı səfirliyimizə qarşı edilən bu terror hücumunu şiddətlə qınayırıq. Terror hücumu nəticəsində şəhid olmuş mühafizəçimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğluna Allahdan rəhmət diləyirik.
   Rəsmi Tehran Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının tələblərinə uyğun olaraq Səfirliyin mühafizəsini etibarlı şəkildə təşkil etməli, əməkdaşlarını qorumalıydı. İranın bu öhdəliyini yerinə yetirməməsi bizdə hiddət doğurmuşdur.
    Hadisədən sonra İranın rəsmi qurumlarının təmsilçilərinin ziddiyyətli açıqlamaları bizdə olan şübhələrin, hadisənin rəsmi Tehrana bağlı xüsusi xidmət orqanları tərəfindən törədilməsi fikrini gücləndirmişdir.
    Biz, İranın aidiyyatı qurumlarından sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək sərt şəkildə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə, onun təmsilçilərinə qarşı hücum qəbuledilməzdir. Günahkarların layiqli cəza almasında, baş verənlərin obyektiv şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında, bu cür hadisələrlə ölkəmizdə qarışıqlı yaratmaq istəyənlərin qarşısının alınmasında Azərbaycan Respublikasının, onun aidiyyatı strukturlarının, xalqımızın yanında olduğumuzu bəyan edirik.
    Bu vandal aktı törədənlər bilməlidir ki, belə alçaq üsullarla, insanlığa sığmayan hərəkətlərlə Azərbaycana təsir göstərib onu doğru yoldan çəkindirə bilməyəcəklər. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yeni reallıqlar yaradaraq regional və beynəlxalq nüfuzunu artırmaqdadır. Bundan narahat olaraq bu cür çirkin əməllər törədənlər bəd niyyətlərinə çata bilməyəcəklər. Doğma Azərbaycan Respublikası inkişaf edir və edəcək.
   Arzuman Abdulkərimov, Hilal Təşkilatının sədri
   Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri
   Anar Turan, Milli Fikir və İnkişaf Birliyinin sədri
   Ceyhun Bayramlı, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri
   Elman Cəfərli, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə Təşkilatının sədri


Tarix: 28-01-2023, 14:10 Oxunub: 271


Bölməyə aid digər xəbərlər