İrandakı səfirliyimizə qarşı silahlı hücum olub

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmağa cəhd edib. Hücum nəticəsində öz xidməri borcunu yerinə yetirən, səfirliyin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına ŞƏHİD olub.  Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
 Hazırda bu xain hücum üzrə araşdırma gedir.
 Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 Allah şəhidimizə rəhmət eləsin!
Ruhun şad olsun Şəhidim!
Qanın yerdə qalmayacaq!
Azərbaycan Bütov olacaq!

Tarix: 27-01-2023, 10:59 Oxunub: 148


Bölməyə aid digər xəbərlər