Anna Akopyanın Moskva macəraları – 1900 dollarlıq araq

Erməni mətbuatının verdiyi məlumata görə Ermənistanın baş nazirinin arvadı Anna Akopyan qızları ilə Rusiya Federasiyasının paytaxtındakı xoşbəxt turnesini davam etdirir.
Bildirilir ki, ailə üzvlərinin budəfəki Moskva səfərləri əvvəlkilərdən fərqlənir. Belə ki, onlar mühafizəçilərlə birgə Rusiya paytaxtının ən bahalı restoran və otellərində olurlar və bütün bunları sadə insanların kinli baxışları müşayiət edir. Ermənilərin teleqram-kanalı Anna Akopyanın qızları ilə 13 yanvarda "Ararat Xayat” mehmanxanasından Moskvanın ən elitar restoranı olan "Puşkin”ə, Yeni ili qeyd etmək üçün yollandığını xəbər verir.

"Onları böyük sayda təhlükəsizlik əməkdaşları müşayiət edib, xanım Akopyana Ermənistanın Rusiyadakı səfirliyinin bütün heyəti xidmət edib”,-deyə bildirilir.

Restoranın qonaqları arasında digər ermənilərin də olduğunu vurğulayan məqalə müəllifi qeyd edib ki, onun ərinin rəhbərliyi ilə İrəvanın müharibədə məğlub olmasından sonra baş nazirin arvadının nəyi qeyd etdiyini başa düşməyiblər. "Çoxları ona təəccüblənib ki, həmin gün Əliyev Şuşada öz qələbəsini qeyd edirdi”,-deyə müəllif yazıb.

Daha sonra bildirilir ki, restoranda olanlar Akopyanın və ətrafının lüks sifarişlərindən heyrətləniblər. Şahidlərin dediyinə görə, Akopyanın əyləşdiyi masada bir neçə şüşə "Veuve Clicquot” şampanı qoyulubmuş, hansı ki, bir şüşəsi 340 dollardır, həmçinin 1900 dollarlıq iki şüşə "Chateau Margaux” arağı olub.
Yazı müəllifi belə bahalı restorana ödənişi kimin etdiyini, yaxud ziyafətin dövlət hesabına təşkil edilib-edilmədiyini dəqiqləşdirmək üçün Anna Akopyanın ofisi ilə əlaqə saxlamağa çalışsa da, zənglərin cavabsız qaldığını qeyd edib.


Tarix: 20-01-2021, 20:04 Oxunub: 299


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO