13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
Bakıda 17 yaşlı motosikletçi qəza törətdi

     Bakının Qaradağ rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Hadisə Sahil qəsəbəsində qeydə alınıb.
      2006-cı il təvəllüdlü Murad Maqsud oğlu Zərbəliyevin idarə etdiyi motosiklet hərəkətdə olan minik avtomobilinə çırpılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
     Faktla bağlı araşdırma aparılır.


Tarix: 25-11-2023, 10:10 Oxunub: 174


Bölməyə aid digər xəbərlər