Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş - TƏFƏRRÜAT

    Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.
Hadisə nəticəsində dünyasını dəyişən iki nəfər – 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.
Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:
– 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;
– 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;
– 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;
– 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.
Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 22-05-2023, 14:46 Oxunub: 353


Bölməyə aid digər xəbərlər