Qaydaları heçə saydı, qəzaya səbəb oldu - VİDEO

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 
Belə ki, video sosial şəbəkədə paylaşılıb. 

 VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub. 

Bu zaman yolayrıcına daxil olan “Mercedes” əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.

VAZ-2104 də öz növbəsində park halında olan “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:


Tarix: 31-03-2023, 11:43 Oxunub: 121


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?