Avroviziya-2022: İlk finalçılar bəlli OLDU


Avroviziya-2022 mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

İtaliyanın Turin şəhərində mayın 10-da və 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.
Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq.
***
Avroviziya-2022 beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı yekunlaşıb.
Birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.
Çıxışların başa çatmasından sonra keçirilən səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Tarix: 11-05-2022, 07:15 Oxunub: 163


Bölməyə aid digər xəbərlər
29-03-2022, 17:16 3 güləşçimiz yarımfinalda