Jalə Əliyevanın təşəbbüsü ilə qazi ailələrinə yardım edilib


"Həsən bəy Zərdabi İrs Mərkəzi"nin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” şüarı ilə “Sizinləyik” Qazilərə Dəstək Aksiyası həyata keçirilib. 

“Həsən bəy Zərdabi İrs Mərkəzi”nin həmtəsisçiləri olaraq Milli Məclisin deputatı Jalə Əliyevanın xüsusi təşəbbüsü ilə keçirilən  qazi və şəhid ailələrinə sosial, hüquqi, psixoloji dəstək məqsədli maarifləndirmə işləri gerçəkləşdirib. Həmin aksiya çərçivəsində qəhrəman qazilərimizə ərzaq sovqatları  göndərdib.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən müqəddəs şəhid ruhlarına və sağlamlığını fəda edən qazilərimizə bir ömür boyu borclu olduğunu bildirib.

Jalə Əliyevanın daha  sonra  qazi ailələrinə dəstək məqsədi ilə start verdiyi layihənin ilk mərhələsi olaraq  Zərdab rayonunda yaşayan 51 qazi ailəsinə ərzaq yardımı göndərilib.

Layihə çərçivəsində qeyd olunub ki, qazilərin sosial, hüquqi, tibbi problemləri hər zaman diqqət mərkəzində saxlanılacaq, müvafiq yardımlar göstəriləcək. 

 

"Biz, Azərbaycanda  sosial sahədə əsas prioritetlərdən biri kimi şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı dövlət siyasətinə birinci növbədə bir vətəndaş kimi dəstək olmağa çalışırıq.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən müqəddəs şəhid ruhlarına və sağlamlığını fəda edən qazilərimizə bir ömür boyu borcluyuq!

Unutmarıq və Unutdurmarıq!"-deyə xanım deputat əlavə edib.

 

Eyni zamanda sovqat qutularının təşkili və paylanmasında Jalə Əliyevanın köməkçisi Firdovsi Eyvazov yaxından köməklik göstərib.


Tarix: 20-02-2021, 08:16 Oxunub: 450


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı