“Avroviziya” təmsilçimiz yazılan şərhlərə görə stilində dəyişiklik etdi

    “Avroviziya” təmsilçimiz Fahree yazılan şərhlərə görə stilində dəyişiklik etdiyini, saqqalını kəsib bığ saxladığını bildirib. Bu barədə o İctimai Radioda qonaq olarkən danışıb.
    “Mən bacardığım qədər şərhləri oxuyuram. Orada hamı yazmışdı ki, “Fəxri, saqqalını qırx, sənin saqqalın düzgün çıxmır”. Mən dedim, gedirəm saqqalımı qırxmağa, amma maraqlı bir şey olmalıdır. Ona görə də bığ saxladım. Bir az üzümü təmizlədim. İndi baxaq görək camaat nə deyəcək. İki dənə bığlı kişi gedir “Avroviziya”ya”, - deyə o bildirib.


Tarix: 19-03-2024, 07:42 Oxunub: 144


Bölməyə aid digər xəbərlər