Azərbaycan nefti bahalaşdı


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,86 ABŞ dolları, yaxud 2,41 % artaraq 121,43 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 110,05 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Tarix: 25-06-2022, 12:18 Oxunub: 147


Bölməyə aid digər xəbərlər
10-06-2022, 08:27 Azərbaycan nefti BAHALAŞDI
1-06-2022, 09:20 Azərbaycan nefti BAHALAŞDI
15-09-2020, 11:31 Azərbaycan nefti ucuzlaşdı