Bu ilin noyabr-dekabr aylarında spot razılaşması çərçivəsində Belarus 160 min ton “Azeri Light” nefti alıb.
Rusiya mətbuatının istinadən verdiyi məlumata görə, bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.
Onun sözlərinə görə, hazırda söhbət “Azeri Light” yüngül markalı neftin spot satışlarından gedir: “Noyabr-dekabr ayları ərzində hər biri 80 min ton olan neft həcmləri alınıb”.
Mətbuat katibi qeyd edib ki, hazırkı parametrlərdə yüngül neftin istifadəsi yüngül neft məhsullarının məhsuldarlığını artırmaq üçün effektiv bir yoldur.
Qeyd edək ki, “Belneftexim” konserni 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belarus neft emalı zavodlarında emal edilməsi üçün 1 milyon tona qədər neft nəql etməyi planlaşdırır. İndiyə qədər bu il ərzində Belarusa 650 min ton civarında Azərbaycan nefti göndərilib.
Qeyd edək ki, SOCAR-ın Belarusa tədarük etdiyi neft “Belneftexim” konserni üçün nəzərdə tutulub. Bu neft Odessa şəhərinin Cənub limanına aparılır. Oradan isə Mozır neft emalı zavoduna çatdırılır.
Bölməyə aid digər xəbərlər