"Kəşfiyyatın Mixaylosu" , Aprel döyüşlərinin qəhrəman şəhidi Mühüd Orucovun bu gün doğum günüdür

    "Kəşfiyyatın Mixaylosu" adlandırılan, yüzdən çox erməni quldurunu məhv edən Aprel döyüşlərinin qəhrəman şəhidi Mühüd Orucovun bu gün  doğum günüdür. 
     Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib.    Kapitan Mühüd Orucov xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunub.2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Talış yüksəkliyində qəhrəmancasına şəhid olub.Aprelin 9-u Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb. 
     Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb.  
     Şəhid kapitan Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra  "İgidliyə görə" medalı ilə təltif edilib.     
      RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!


Tarix: 13-07-2023, 10:30 Oxunub: 237


Bölməyə aid digər xəbərlər