Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 1,9% artaraq 98,45 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,36 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Tarix: 6-08-2022, 08:16 Oxunub: 187


Bölməyə aid digər xəbərlər
8-07-2022, 11:39 Azeri Light BAHALAŞDI
25-06-2022, 12:18 Azərbaycan nefti bahalaşdı
10-06-2022, 08:27 Azərbaycan nefti BAHALAŞDI
1-06-2022, 09:20 Azərbaycan nefti BAHALAŞDI
15-09-2020, 11:31 Azərbaycan nefti ucuzlaşdı