Ölüm saçan transformatorlar... - QAZAXDA

Qazax rayon Daş Salahlı kəndi Mehdi Hüseyn küçəsi ilə  İsrafil Güloğlu küçəsinin kəsişməsində olan  transformatorlar mühafizə zolağı ilə əhatələnməyib.
Nəticədə bu elektrik paylayıcıları hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Həmçinin sözügedən transformatorun  yaxınlığında yaşayış evlərinin olması daha da təhlükəlidir.
Gün ərzində transformatorun yanından keçməyə məcbur olan sakinlər həyəcan təbili çalır.
Elektrik paylayıcısına nəinki toxunmaq, hətta yağışlı havada yaxınlığından keçmək də ölümlə nəticələnə bilər.
İllərdi baxımsız və hər an ölüm saçan bu  transformatorlara baxan yoxdur! Allah eləməsin sabah hər hansı bir xəta baş verərsə, cavabdehlik, məsuliyyət kimin üzərində olacaq?

İnanırıq ki, aidiyyəti qurumlar bu məsələyə biganə qalmayacaq və tezliklə tədbir görəcəklər.


Tarix: 3-06-2022, 18:48 Oxunub: 588


Bölməyə aid digər xəbərlər