Qazax rayon Daş Salahlı kəndi, Molla Pənah Vaqif küçəsində və Mehdi Hüseyn küçəsi ilə İsrafil Güloğlu küçəsinin kəsişməsində (köhnə dəyirmanın yanı), Nəriman Nərimanov və Ağamalıoğlu küçəsinin kəsişməsində olan transformatorlar (3 ədəd) mühafizə zolağı ilə əhatələnməyib.
Nəticədə bu elektrik paylayıcıları hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Həmçinin sözügedən transformatorların yaxınlığında yaşayış evlərinin olması daha da təhlükəlidir.
Gün ərzində transformatorun yanından keçməyə məcbur olan sakinlər həyəcan təbili çalır.
Elektrik paylayıcısına nəinki toxunmaq, hətta yağışlı havada yaxınlığından keçmək də ölümlə nəticələnə bilər.
İllərdi baxımsız və hər an ölüm saçan bu transformatorlara baxan yoxdur! Allah eləməsin sabah hər hansı bir xəta baş verərsə, cavabdeh olan şəxslər nə cavab verəcəklər?
İnanırıq ki, aidiyyəti qurumlar bu məsələyə biganə qalmayacaq və tezliklə tədbir görəcəklər.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər