Bu ölkəyə vizasız gedə biləcəyik

     Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
     Görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

     Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

  1.Belarus  - 90 gün
  2.  Gürcüstan  - 90 gün
  3. Qazaxıstan - 90 gün
  4. Qırğızıstan - 90 gün
  5. Moldova  -  90 gün
  6. Özbəkistan - 90 gün
  7. Rusiya  - 90 gün
  8. Tacikistan - 90 gün
  9. Ukrayna - 90 gün
  10. Türkiyə  - 90 gün
  11. Qətər - 30 gün
    Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.
  12. Birləşmiş Ərəb Əmirlikləri - 90 gün
  13. Serbiya - 90 gün
  14. Albaniya - 90 gün
   15. Mərakeş - 90 gün

Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar.

Referans.az


Tarix: Сегодня, 11:18 Oxunub: 26


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı