13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
“Bura köhnə Azərbaycan şəhəridir” – Paşinyandan AÇIQLAMA

     “Uzun müddət bu cümləni deməmək qərarına gəldim, amma bir şeyi deməliyəm: Son illərdə İstiqlal Bəyannaməmizi onlarla dəfə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir” - bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
       “Bu da bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı belədir: Əsl Ermənistanın vətəndaşı odur ki, buradan kənarda vətən, dövlət axtarmır”, – Baş nazir qeyd edib.Onun sözlərinə görə, ermənilər yaşadıqları yeri köhnə Azərbaycan ərazisi adlandırır: “Başqa yerə gedirsən, birinci adam deyir: Mən Mşetsidənəm, beşinci deyir: Vanlıyam, yeddinci deyir: Xoytsidənəm, səkkizinci deyir: Mən Iğdırdanam. Mən çox yaxşı başa düşürəm, amma anlamaq istəyirəm ki, bu ölkədə dilcanlı kimdir, irəvanlı kimdir?

     Mən Enokavandan o tərəfə keçə bilmirəm. Biz sadə bir şeyi başa düşmürük ki, biz Dilicanda yaşayıb, Vanlıyıq deyəndə, Dilicanı itiririk. Onlara dəhliz açırıq ki, orda yerli yoxdur, ordan-burdan gəliblər, bura da köhnə türk şəhəridir, bu da köhnə Azərbaycan şəhəridir. Nə danışdığımızı eşidirlər. Biz isə dövlətimizi itiririk”.

 unikal.az


Tarix: Сегодня, 14:52 Oxunub: 28


Bölməyə aid digər xəbərlər