Bu gün mərhum Qənbər Qurbanovun doğum günüdür - ALLAH RƏHMƏT ELƏSİN

     Bu gün Kəlbəcər ədəbi mühitinin görkəmli şəxsiyyəti Dədə Şəmşirin oğlu, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, el ağsaqqalı  "Aşıq Şəmşir Mədəniyyət Ocağı”ictimai birliyinin sədri,  Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Yazıçılar Birliyinin üzvü olmuş,mərhum Qənbər Qurbanovun doğum günüdür.
     Yaşasaydı 91 yaşı tamam olacaqdı.

   Allah rəhmət eləsin.

Bahar əhvalımı xatırlayaraq,
Payız əhvalıma dözürəm indi.
Bir zaman yerləri göydən süzərdim,
Yerlərdən göyləri süzürəm indi.

O vaxt ki, könlümdə yar şövqü vardı,
Nərəm göy suları varaqlayardı.
Qollarım dəryanı qucaqlayardı,
Halsızam, dayazda üzürəm indi.

Məhəbbət uğrunda düşdüm borana,
İstəmişdim bir baş vuram ümmana.
Bəlkə elə çevriləcək dastana:
Sözdən mirvarilər düzürəm indi.

Tarix: Сегодня, 07:28 Oxunub: 25


Bölməyə aid digər xəbərlər