Qazax rayon Daş Salahlı kəndinin sakinləri Daş Salahlı magistral yolunda baş verən avtomobil qəzalarından çox narahatdırlar.
Dəfələrlə ölüm hadisələri, eləcə də hər gün yol avtomobil qəzalarının artması kənd sakinlərini həddindən artıq narahat edir.
Bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da çox təssüflər olsun ki, həmin magistral yola bir əncam çəkən yoxdur!
Daş Salahlı kənd magistral yola ya bir radar, yada tramplin quraşdırmaq aidiyyəti qurumlar üçün çoxmu çətindir?
Bütün günü həmin yoldan məktəblilər də istifadə edir.
Sabah kiminsə uşağının başına hər-hansı bir hadisə gələrsə (dəfələrlə gəlib) onda həmin aidiyyəti qurumların vicdanı sızıldamayacaqmı?
Görünür ki, sızıldamır... çünki həmin yolda dəfələrlə ölüm hadisəsi baş verib. Əgər vicdanları sızıldasaydı yəqin ki, həmin yola bir əncam çəkmiş olardılar.
ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə inanırıq ki, daha çox ölüm hadisəsi yaşanmadan... aidiyyatı qurumlar yazını oxuyub cavabdehlərə öz ciddi tapşırıqlarını verəcəkdir.
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər